Əmək pensiyalarının orta aylıq məbləği 201,7 manata çatıb
2017-ci ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyaçılarının sayı 1 mln. 325 min nəfər təşkil edir.
Mynews.az xəbər verir ki, bunu APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
“Onlardan 59,2%-i yaşa görə, 11,5%-i ailə başçısını itirməyə görə, 29,3%-i isə əlilliyə görə əmək pensiyası alır. Ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikasının cari ildə də davam etməsinə imkan verib”, - deyə o vurğulayıb.
Şöbə müdirinin sözlərinə görə, cari ilin əvvəlindən Azərbaycan prezidentinin sərəncamına əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə (12,4%) uyğun şəkildə indeksləşdirilərək artırılması təmin olunub: “Ümumilikdə, cari ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata çatıb. O cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği də 6,4% artaraq 224 manat təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsi hər ay pensiyaların həmin ay içərisində maliyyələşdirilməsinə imkan yaradıb".
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1008 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 967 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 956 dəfə oxunub