Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dollar avroya nisbətdə son iki ilin ən aşağı səviyyəsinə düşdü

Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghinin açıqlamaları dolların avroya nisbətdə iki ilin ən aşağı səviyyəsinə düşməsinə səbəb olub.

Mynews.az xəbər verir ki, ABŞ valyutasının altı böyük pul qarşısındakı vəziyyətini əks etdirən dollar indeksi 0.9 faiz dəyər itirib. 

Avro isə dollara nisbətdə 1.1653 səviyyəsinə yüksəlib. 

Qeyd edək ki, ECB dünən keçirdiyi iclasda faiz dərəcələrini və monetar ekspansiyanın həcmini dəyişməyib.

Bu xəbər avronun məzənnəsini bir qədər ucuzlaşdırsa da, M.Draginin mətbuat konfransındakı açıqlamaları ilə avro yenidən güclənməyə başlayıb. Belə ki, Dragi Avrozona iqtisadiyyatında mənfi tendensiyanın xarici amillərlə, inflyasiyanın isə xammal qiymətləri ilə əlaqəli olduğunu bildirib, iqtisadi göstəricilərin gələcəkdə iqtisadi artımı sürətləndirəcəyini qeyd edib. Həmçinin, maliyyə bazarlarına likvidliyin verilməsini davam etdirmək zərurətini vurğulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...