Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

BVF: MDB ölkələri üçün ÜDM-in artım tempi proqnozu növbəti iki il üçün dəyişməyəcək

Beynəlxalq Valyuta Fondu (IMF) “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı yeni, iyul icmal hesabatını açıqlayıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, hesabatda aprel icmalı ilə müqayisədə bir sıra dəyişikliklər edilib.

Hesabatda dünya iqtisadiyyatının artım tempi üzrə proqnozlar 2017 və 2018-ci illər üçün müvafiq olaraq 3,5% və 3,6% səviyyəsində sabit saxlanılıb. İnkişaf etmiş ölkələrin iqtisadi artım tempi 2018-ci il üçün 0,1 faiz bəndi azaldılaraq 1,9%-ə endirilib. ABŞ iqtisadiyyatının növbəti iki il üçün artım tempi 0,2 və 0,4 faiz bəndi azaldılaraq hər iki il üçün 2,1%-ə çatdırılıb. Əksinə, avrozona iqtisadiyyatının 2017-ci il üçün artım tempi 0,2 faiz bəndi artılıraq 1,9%-ə, 2018-ci il üçün isə 0,1 faiz bəndi artırılaraq 1,7%-ə yüksəldilib.

İnkişaf etməkdə olan və formalaşan ölkələr üçün ÜDM-in artım tempi cari il üçün 0,1 faiz bəndi artırılaraq 4,6%, 2018-ci il üçün isə dəyişdirilməyərək 4,8% proqnozlaşdırılır.

MDB ölkələri üçün ÜDM-in artım tempi proqnozu növbəti iki il üçün dəyişdirilməyərək 1,7% və 2,1%, Rusiya üçün hər iki ildə dəyişdirilməyərək 1,4%, Rusiya istisna olmaqla, MDB ölkələri üzrə isə dəyişdirilməyərək 2,5% və 3,5% səviyyəsində təsdiqlənib.

IMF mal və xidmətlər üzrə dünya ticarətinin həcmi üzrə proqnozu 0,2 faiz bəndi artıraraq 2017-ci il üçün 4%, 2018-ci il üçün dəyişməyərək 3,9% olacağını proqnozlaşdırır. Qeyd edək ki, 2016-cı ildə bu göstərici 2,3% olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...