Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hərraca ucuz qiymətə avtomobillər çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 22-də növbəti hərrac keçirəcək.

Mynews.az xəbər verir ki, həmin gün dövlət mülkiyyətində olan müxtəlif təyinatlı əmlaklarla yanaşı, müsadirə edilən avomobillər, rabitə vasitələri və digər əşyalar satışa şıxarılacaq.

Siyahıda Bakının müxtəlif rayonları, eləcə də, Sumqayıt, Balakən və Şəmkirdə dövlət nəfinə müsadirə olunan əmlaklar yer alıb. Onların sırasında ilkin satış qiyməti ən baha olan avtomobillərdir. Belə ki, “Daf FT-XF95” markalı, KiK-153/QQ126 nömrə nişanlı avtomobil 35 min manata satılır. “Scania” markalı avtomobilin ilkin satış qiyməti  isə 23 500 manatdan başlayır.  
Siyahıda yer alan ən ucuz nəqliyyat vasitəsi isə “VAZ 2106”-dır. Avtomobil 150 manata satışa çıxarılıb. “Mersedes-Benz 230” markalı minik maşınının ilkin satış qiyməti isə 1250 manat müəyyən edilib.  

Siyahıda yer alan ən ucuz mobil telefon 8 manata satılır. “İpad A1455” markalı planşetin ilkin satış dəyəri 150 manatdır.  

Qeyd edək ki, hərracda iştirak etmək istəyən şəxslər əmlakların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.  

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlakla tanış olmaq və sifariş vermək üçün ƏMDK yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilərlər. Hərraclarda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10%-i həcmində beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...