Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Serbiyaya və Gürcüstana verilən kreditlər üzrə ödənişlərin həcmi bəlli oldu

Xarici dövlətlərə verilmiş kreditlər üzrə faiz daxilolmaları 10264,3 min manat, yəni illik proqnozun 20,2%-i həcmində icra olunub.

Mynews.az Hesablama Palatasının təhlilinə istinadən xəbər verir ki, 2017-ci il dövlət büdcəsində bu istiqamətdə daxilolmalar 50815,0 min manat nəzərdə tutulub.  

Mənbə üzrə cari ilin altı ayında icra edilmiş məbləğ 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 14164,4 min manat və ya 2,4 dəfə azdır.

2017-ci ildə nəzərdə tutulmuş ödəniş məbləğləri Serbiya Respublikasına və Gürcüstan Respublikasına verilmiş kreditlər üzrə müəyyən edilib.  

Palatanın təhlilində qeyd edilir ki, dövlət büdcəsində xarici dövlətlərə kreditlər üzrə xərc maddəsi nəzərdə tutulduğu halda, dövlət büdcəsinin gəlirlər hissəsində yalnız xarici hökumətlərdən alınan faizlər üzrə gəlirlər proqnozlaşdırılıb. Geri qaytarılan əsas borc isə büdcə gəlirlərinin təsnifatında müvafiq maddə nəzərdə tutulmadığından sair daxilolmalar kimi uçota alınıb.

Dövlət büdcəsi xərclərinin “Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı” köməkçi bölməsinin “Digər beynəlxalq fəaliyyət paraqrafı” üzrə 2016-cı ildə 106600,0 min manat, 2017-ci ildə isə 52000,0 min manat vəsait xarici dövlətlərə kreditlər üzrə proqnozlaşdırılıb. Bu paraqrafın müvafiq maddəsi üzrə faktiki xərclər 2016-cı ildə 106594,5 min manat, 2017-ci ilin 6 ayında isə 41611,9 min manat (80,0%) icra olunub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...