Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Özəlləşdirmədən daxilolmalar tapşırıqdan 1,8 dəfə az icra olunub

2017-ci ilin 6 ayı üçün özəlləşdirmədən daxilolmalar 95380,0 min manat (illik tapşırığın 47,7%-i) məbləğində nəzərdə tutulsa da, büdcəyə əmlakın özəlləşdirilməsindən daxil olan vəsait 52324,4 min manat (illik proqnozun 26,2%-i) təşkil edib.

Mynews.az Hesablama Palatasına istinadən xəbər verir ki,  6 ay üçün müəyyən olunmuş tapşırıq 43055,6 min manat və ya 1,8 dəfə az icra olunub. Bu mənbə üzrə proqnoz göstəricinin ilin sonuna icrasının 55,0-60,0% səviyyəsində olması riski var. 2016-cı ilin 6 ayı üzrə müvafiq göstərici ilə (3813,2 min manat) müqayisədə özəlləşdirmədən daxilolmalar 48511,2 min manat və ya 13,7 dəfə təşkil edib.

2017-ci ilin dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 200 milyon manat məbləğində müəyyən olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...