Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanın kredit reytinqi təsdiqləndi

“Standard and Poor’s” reytinq agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini apararaq müvafiq hesabatını açıqlayıb.

Mynews.az  Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, agentlik Azərbaycan Respublikasının uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinqini dəyişməyərək müvafiq olaraq “BB+/B” səviyyəsində, “mənfi” proqnoz ilə saxlayıb.

“Standard ənd Purz” reytinq agentliyinin yaydığı son hesabatda reytinqin dəyişməz olaraq saxlanılmasına əsas səbəb kimi ölkənin möhkəm fiskal mövqeyi, xüsusilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun xarici valyutada ehtiyatlarının mövcudluğu göstərilir.

Agentlik hesab edir ki, tədiyə balansına olan təzyiqlərin aradan qalxacağı, ölkənin iqtisadi inkişaf göstəricilərinin gözlənilən artımı və daxili bank sistemində sabitliyin möhkəmlənməsi nəticəsində reytinq üzrə proqnoz mənfidən müsbətə keçirilə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...