Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yaxın aylarda neft hasilatı bir qədər də azaldılacaq

Yanvar ayı ilə müqayisədə yaxın aylarda OPEK və ona üzv olmayan ölkələr neft hasilatını daha da azaldacağı gözlənilir. 

Mynews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd Fərəc əl-Mazrui bildirib. 

“Müstəqil mənbələrdən alınan hesabatlara istinadən yanvar ayında razılaşmaya yaxşı əməl edilib. Biz yaxın aylarda hasilatın daha da azaldılacağını gözləyirik”, - nazir bildirib. 

Qeyd edək ki, Beynəlxalq Energetika Agentliyinin hesabatına görə, yanvar ayında OPEK üzvləri neft hasilatını gündəlik 1 mln. barel azaldaraq öhdəliklərinə 90% əməl edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...