Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Neft Fondu qızıl ehtiyatlarının satılması ilə bağlı xəbərlərə münasibət bildirdi

Ümumdünya Qızıl Şurası (World Gold Council) Azərbaycanın bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu satdığını açıqlayıb. Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycan qlobal reytinqdə yer almayıb. 

Mynews.az xəbər verir ki, Dövlət Neft Fondu məsələyə münasibət bildirib. 

Fondan qeyd edilib ki,  ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir.  

Cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib. Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb.

ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...