Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Banklara ödədiyimiz kredit faizlərinin məbləği açıqlandı

Mərkəzi Bankın məlumatlarına görə, 2017-ci il iyul ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13882,0 milyon manat təşkil edib.

Mynews.az xəbər verir ki, kreditlərin  11025,5 milyon manatı uzunmüddətli olub. Kreditlərin 27,8 faizi dövlət, 69,3 faizi qeyri-dövlət bankları, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,0 faizini təşkil edib.

Yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,5% artaraq 27716,9 mln. manata çatıb. Gəlirlərin 1,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Bu da 527 mln. manat deməkdir. Xatırladaq ki, yanvar-iyun ayları üzrə gəlirlərin 447 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...