Azərbaycanda ÜDM istehsalı 1% azalıb
2017-ci ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 37645,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1% az ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Mynews.az-a verilən xəbərə görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,2% artıb, neft sektorunda isə 6,9% azalıb.
Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61,8% təşkil edib. Əlavə dəyərin 41,1%-i sənayedə, 10,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,9%-i tikinti, 7,0%-i nəqliyyat və anbar təsərrüfatı, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə, 15,6%-i isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3875,6 manata bərabər olub.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 599 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 585 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 577 dəfə oxunub