Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Satıcılar qurbanlıqların baha olmasının səbəbini açıqlayıb

Yemin və otun təsərrüfatçılar tərəfindən baha qiymətə əldə edilməsi bazara çıxarılan iri və xırda buynuzlu heyvanların satışına təsirsiz ötüşməyib.

Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, qiymətin alıcılar üçün məqbul olmaması satıcıların da ürəyincə deyil. Sübhan Məmmədov adlı satıcı bildirib ki, orta hesabla ət olmalıdır 8 manat, ancaq mağazada hər şey bahadır: "Biz də məcbur olub buna görə baha veririk. Otun bağlamasını alırıq 4 manata, 5 manata. Bu dəqiqə yerində hər şey bahadır. Ona görə də heyvanı baha satmağa məcbur oluruq”. 

Qiymətin baha olması heyvan bazarında durğunluğa səbəb olub. Yaranan alıcı qıtlığı bazara çıxarılan heyvanın satıcının əlində qalması ilə nəticələnir.

Qabil İmamverdiyev adlı satıcı isə bunları deyib: “Yem bahadır, ot bahadır, ona görə də heyvanın qiyməti bahadır. Diri heyvan ətinin kilosunu 10 manatdan götürürlər. Həmişə bu vaxtlar ucuz olurdu, amma bu il ucuzlaşmadı”.

Mövcud vəziyyət satıcılar kimi, alıcıları da razı salmır. Bazarda seyrək gözə dəyən alıcılar qiymətin əl yandırdığından şikayət edirlər.

İsmayıl Seyidov adlı alıcı deyib ki, qiymətlər çox bahadır: "Gəlmişik qurbanlıq almağa, çox baha deyirlər, 120, 130 manata, ala bilmədik”.

Yaşadığımız Ramazan ayı, eləcə də, qarşıdan Qurban bayramının gəldiyini nəzərə alan mütəxəssislər bazara çıxarılan heyvanların hələ bir müddət mövcud qiymətə satılacağını deyirlər.
 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...