Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AMB depozit hərracının büdcəsini yenə artırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə bir dəfə keçirdiyi depozit hərracı vasitəsilə cəlb etmək istədiyi vəsaitin həcmini növbəti dəfə artırıb.

Bu barədə Mynews.az AMB-yə istinadən xəbər verir.

Belə ki, qurum fevralın 17-də keçirəcəyi depozit hərracında 200 mln. manat vəsait cəlb etmək niyyətindədir. Halbuki bu rəqəm fevralın 13-də keçirilmiş hərracda 150 mln. manat olub. Başqa sözlə, depozit hərracının büdcəsi 33,3% artırılıb.

AMB-nin depozit hədəfinə yenidən baxması son hərracda tələbin təklifdən 31,33% çox – 197 mln. manat olması ilə bağlıdır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...