Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Analitik: Azərbaycan manatının yenidən devalvasiyaya uğraması gözlənilmir

Dünya iqtisadiyyatındakı qeyri-sabitlik fonunda hazırkı mərhələdə Azərbaycan manatının yenidən devalvasiyaya uğraması gözlənilmir. 

Mynews.az Report-a istinadən xəbər verir ki, bunu "Saxo Bank"ın valyuta strategiyası üzrə mütəxəssisi Con Hardi (John Hardy) manatın yeni devalvasiya dalğası ilə üzləşməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.

Analitikin fikrincə, hazırda qlobal iqtisadi qeyri-sabitlik müşahidə olunmur: "İnkişaf etmiş ölkələrin aktivlərinə tələbat dalğalansa da, inkişaf etməkdə olan ölkələrdə biznesə maraq və bu kateqoriyadan olan ölkələrin valyutalarının möhkəmlənməsi və aktivlərinin bahalaşmasını müşahidə edirəm.

Bu səbəbdən əgər manatda hər hansı devalvasiya prosesi baş verərsə, bu, istisnasız olaraq lokal bazardakı vəziyyətlə əlaqəli olacaq. Devalvasiyaya kapitalın ölkədə saxlanmasına inam, fiskal və siyasi vəziyyət, habelə neftin qiymətinin təsir edəcəyini düşünürəm. Belə ki, neft Azərbaycanın ixracında yüksək paya sahib olmaqla, valyuta gəlirlərinin əsasını təşkil edir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...