Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda siqaret ucuzlaşdı - Qiymətlər

Azərbaycanda siqaretin qiymətlərində ucuzlaşma müşahidə olunub.

Mynews.az unikal.org-a istinadən xəbər verir ki, dolların ucuzlaşması idxal məhsullarının qiymətinə ciddi təsir edib. Əldə edilən məlumata görə, bu gün Azərbaycanda siqaretlərin yenidən 10-20 qəpik ucuzlaşması ilə bağlı şirkətlər tərəfindən qərar verilib.

Sözügedən saytın apardığı müşahidələrə əsasən bir sıra siqaretlər yeni qiymətlə satılır. Misal üçün “Winchester”(qalın) 1.5 AZN-dən 1.8 AZN-ə qaldırılmışdırsa, hazırda bu siqaretin qiyməti 1.6 manat təşkil edir. Digət siqaretlərin də qiymətində eyni qayda ilə qismən ucuzlaşma müşahidə olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...