Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dolların məzənnəsi 2015-ci ildən bəri ən aşağı səviyyəyə düşdü

Dolların məzənnəsi 2011-ci ildən bəri ən uzunmüddətli zəifləmə nümayiş etdirib. 

Mynews.az xəbər verir ki, FES yetkililərinin faiz artımı ilə bağlı qərarsızlığı, Şimali Koreyada yaşanan gərginlik dolların məzənnəsinə təsir edib. Bloomberg Dollar İndeksi 2015-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. ABŞ-da 10 illik xəzinə ehtiyatları üzrə faizlər isə 13 əsas bal azalıb.

Dollar 10 əsas valyuta qarşısındakı dəyərini də itirib. Dollar/Avro məzənnəsi 1.2062-ə enib. Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə də dolların məzənnəsi zəifləməyə başlayıb. Türkiyədə dollar türk lirəsinə nisbətdə ilin ən aşağı səviyyəsinə - 3.31 lirəyə düşüb. Rusiyada isə  ABŞ dollarının məzənnəsi 2017-ci ilin iyun ayının 14-dən bəri ilk dəfə 57 rubldan aşağı olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...