Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda 2 min dollara qədər kreditlər silinəcək? - DİQQƏT!

Dollar kreditləri ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bu dəfə yayılan xəbərlərə görə, 2 min dollara qədər krediti olan şəxslərin borcları silinəcək.

İqtisadçı Qadir İbrahimli Metbuat.az-a açıqlamasında belə bir addımın atılmasına inanmadığını bildirdi:

“Dollar kreditləri ilə ilə bağlı banklar güzəştli varinatlar təklif edə bilərlər. Tutaq ki, 2 min dollara qədər kredit öhdəliyi olan şəxslərin borclarını 1.70 manatla deyl də, 1.20, 1.30 manala hesablansın. Yəni, aşağı fazilə hesablansın. Ancaq bütövlükdə borcların silinməsini mən real hesab eləmirəm.

Bəs banklar hansı halda müştərinin borcunu silə bilər?

Bank o zaman borcu silə bilər ki, gərək dövlət banklara müəyyən dəstək versin. Banklar da onun müqabilində borcları silsin. Bu məsələnin də reallaşacağını düşünmürəm”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...