Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda yeni "iPhone"lar satışa çıxarıldı - 2600 AZN

Sentyabrın 12-də təqdim edilən yeni "iPhone" telefonları artıq Azərbaycanda satışa çıxarılıb. 

Mynews.az-ın məlumatına görə, elan saytlarında yeni "iPhone"ların sifarişi ilə bağlı məlumatlara rast gəlmək mümkündür. Elanlarda qeyd edilir ki, Amerikadan gətirilən 1 illik rəsmi "Apple" zəmanətli "iPhone 8 Plus" 64GB yaddaşlı telefon 1935 AZN qiymətinədir. 

"iPhone X" telefonu isə elan saytlarında 2600 AZN-ə təklif olunur. 

"Alma Store" mağazalarından isə bildirilir ki, hələlik rəsmi olaraq telefonların satışına başlanılmayıb. Yeni "iPhone" modellərinin qiyməti sentyabr ayının sonu, oktyabr ayının əvvəlinə kimi məlum olacaq. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...