Tələbələr üçün kreditlər belə oldu... - ŞAD XƏBƏR VAR
“Maarifçi” Tələbə Kredit Fondunun aztəminatlı ailələrdən olan tələbələrə verdiyi təhsil haqqı üzrə kreditlər faizsiz olub.
Fonddan Metbuat.az-a verilən məlumata görə, belə kredit almaq istəyənlər üçün müraciətlərin qəbuluna başlanılıb. Krediti almaq istəyənlər oktyabrın 13-dək müraciət edə bilərlər.
Bu sayca 4-cü elan sessiyası olacaq. Budəfəki elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.
Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu elan sessiyasında da dəyişməz olaraq qalıb. Təşəbbüsün ən üstün cəhəti isə faizsiz kreditin köhnə təhsil krediti müqavilələrinə də şamil olunmasındadır.
“Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək 3 elan sessiyası keçirib. Bu müddət ərzində fonda daxil olan 212 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn 118 tələbə ilə ümumilikdə 135 təhsil krediti müqaviləsi imzalanıb.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 978 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 948 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 938 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 937 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 935 dəfə oxunub