Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan əhalisinə çoxdan gözlənilən XƏBƏR - "Bu ilin dekabrından ölkədə..."

Pərviz Heydərov: "ABŞ Federal Ehtiyat Sistemi (FES) bu ilin dekabrından tez, faiz artımına getməyəcək".

Bu gün və sabah ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2 günlük iclası olacaq. Bəs bu gün iclasda veriləcək qərardan sonra dolların məzənnəsi dəyişəcəkmi? Faiz artımı olması gözlənilirmi?

Bu və digər suallarımızı iqtisadçı Pərviz Heydərov cavablandırıb.

"Bu il ərzində, FES artiq 2 dəfə faiz artımına gedib. 2008 - ci il maliyyə bohranından sonra o, ilk dəfə 2015-ci ilin dekabrında, 2-ci dəfə, 2016-cı ilin dekabrında, daha sonra bir ildə iki dəfə olmaqla, 2017-ci il ərzində -mart və iyulda ümumilikdə isə 4 dəfə bu addımı atdı. Qlobal maliyyə bazarında ən çox rezonans yaradan, dünya ölkələrinin valyutalarına onların dollarla münasibətdə kursuna ciddi təsir edən addımlar 2015 və 2016-cı illərin dekabrında olmuşdu. Bu il ərzində mart və iyulda dolların faiz artımı haqqında qərarının, dolların qlobal maliyyə bazarında möhkəmlənməsinə o qədər güclü təsiri olmadı. Çünki, dollara sərbəst şəkildə çevrilə bilən dünyanın digər aparıcı valyutaları, həmin ölkələrin rəhbərləri tərəfindən süni şəkildə ucuzlaşdırılmağa başladı".

Onun sözlərinə görə, dolların həddindən artıq möhkəmləndirilməsi ABŞ iqtisadiyyatı üçün o qədər də əlverişli deyil. Çünki dollar bahalaşdıqca, təbii olaraq, Amerika məhsullarının qiyməti də, mütənasib olaraq, artır. Bu da, təbii ki, onların dünya bazarında digər ölkələrin qarşısında, rəqabət qabiliyyətini itirir. Daha çox Avropa, Çin, Yapon məhsulları münasib olduğuna görə, onlara məğlub olur.

"Ümumiyyətlə, hər hansı ölkənin milli valyutasının həddindən artıq möhkəmlənməsi, onun iqtisadiyyatı üçün sərfəli deyil. Bu faktı əsas tutaraq düşünürəm ki, FES -in bugünkü iclasdan sonra faiz artımına gedəcəyi tamamilə istisna olunur. Belə bir qərar qəbul olunarsa belə, bu ilin dekabr ayından tez olmayacaq. Yaxın keçmişdə qəbul olunan qərarlara diqqət yetirsək 0.25 faizdən artıq artıma getməyəcək. Hal-hazırda 1 faizdir" - P.Heydərov deyib.
 sonxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...