Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SOCAR üçün neftin əlverişli qiyməti 60-65 dollardır

"OPEC və kartelə daxil olmayan ölkələr arasında hasilatın azaldılmasına dair əldə olunmuş razılığa baxmayaraq, xam neftin dünya bazarlarında olan qiyməti hələ də 60 dollar/barel səviyyəsinə çatmayıb. Bunun əsas səbəblərindən biri son zamanlarda ABŞ-da şist karbohidrogenlərinin hasilatı üzrə yeni texnologiyaların sürətli inkişafı nəticəsində bu ölkədə şist laylardan alınan xam neftin və təbii qazın böyük həcmlərdə hasilatı və dünya bazarlarına ixracıdır".

Mynews.az xəbər verir ki, bunu  SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyib. 

O bildirib ki, xam neftin dünya bazarlarında satış qiymətlərinə dair proqnoz (40-60 dollar/barel) öz aktuallığını qoruyur: "SOCAR üçün bu gün xam neftin dünya bazarlarında satış qiymətinin 60-65 dollar/barel və daha yuxarı səviyyəyə çatması əlverişli olardı, lakin dünya bazarlarında neftin qiymətinin formalaşmasında mövcud reallıqlarla hesablaşaraq, şirkət öz strategiyasının inkişafında bu amilləri nəzərə alır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...