Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünya üzrə dollar milyonerlərinin sayı açıqlandı

Rusiyada dollar milyonerlərinin sayı 19,7 faiz artaraq, 182 min nəfər təşkil edib.

Mynews.az xəbərinə görə, bu barədə “Capgemini”  şirkətinin hazırladığı "World Wealth Report hesabat"ında məlumat verilib.  

Hesabatda deyilir ki, varlıların sayı Niderlandda, Norveçdə, İndoneziyada da artıb. 2016-cı ildə bu ölkələr üzrə milyon dollar həcmində aktivlərə sahib şəxslərin sayı 13 faiz artıb. 

Qeyd edək ki, ruslar dollar miyonerlərinin sayına görə hesabatda 15-ci sırada yer alırlar. Birinci yerdə ABŞ, ikinci yerdə Yaponiya qərarlaşıb. Birincidə dollar milyonerlərinin sayı 4,8 milyon nəfər, ikincidə 2,9 milyon nəfər təşkil edir. Üçüncü sırada Almaniya (1,3 milyon nəfər) qərarlaşıb. Səudiyyə Ərəbistanında isə 176 min milyoner yaşayır. 

Ümumilikdə 2016-cı ildə dünya üzrə milyonerlərin sayı 7.5 faiz artaraq, 16,5 milyon nəfərə çatıb. Onların sərvətlərinin ümumi həcmi isə 63,5 trilyon dollar təşkil edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...