Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda devalvasiya ajiotajı - Mərkəzi Bank hərəkətə keçdi

Azərbaycan Mərkəzi Bankı (AMB) sabah ölkədə devalvasiya olacağı  ilə bağlı söz-söhbətə son qoyub.

Mynews.az  Report-a istinadən xəbər verir ki, qurum təcili olaraq (ənənəvi vaxtından təxminən 2 saat əvvəl) ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsini açıqlayıb. AMB sabah və oktyabrın 1-də 1 dolların 1,7002 manata bərabər olacağını bəyan edib. Bu, son 3 günün məzənnəsi ilə eynidir.

Xatırladaq ki, AMB ötən gün ölkədə fəaliyyət göstərən kommersiya banklarına müraciət edib. Müraciət qurumun İdarə Heyəti sədrinin I müavini Alim Quliyevin adından milli ödəniş sisteminin iştirakçılarına ünvanlanıb.

Müraciətdə deyilir ki, dövlət büdcəsində daxilolmaların və xərclərin kütləviliyi, hesablaşmaların başa çatdırılmasının zəruriliyi nəzərə alınaraq, ölkədə daxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə sabah bank sistemi üçün rəsmi iş gün elan olunub. Ödəniş sistemləri üzrə 30 sentyabr 2017-ci il yeni əməliyyat günü hesab edilir. Bu xəbər əhali arasında sabah manatın kəskin şəkildə dəyərdən düşə biləcəyi fikrini yaradıb. Çünki milli valyutanın 2015-ci il fevralın 21-də həyata keçirilmiş 34%-lik ucuzlaşdırılması məhz şənbə gününə təsadüf edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...