Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

OPEC sentyabr ayı üzrə hasilat göstəricisini açıqladı

OPEC-in neft hasilatı sentyabr ayında 50 min barel/gün artım göstərib.

Mynews.az xəbər ki, Report bu barədə "Reuters" agentliyinə istinadən məlumat yayıb. Buna səbəb İraq və Liviyada hasilatın artması olub.

Agentlikdən həmçinin bildirilib ki, OPEC üzvləri tərəfindən hasilatın azaldılması ilə bağlı anlaşmaya sentyabr ayında 86% riayət olunub. Avqustda bu göstərici 89% təşkil edib. İraq tərəfindən hasilatın artırılması isə onu göstərir ki, bu ölkədə baş verən siyasi gərginlik neft ixracına mənfi təsir göstərməyib.

Sentyabr ayında Liviya neft hasilatını 50 min barel/gün artırıb, Nigeriya isə 30 min barel/gün azaldıb. İraq neft hasilatını 40 min barel/gün artırıb, həmçinin S.Ərəbistanı və İran hasilatı 20 min barel/gün artırıb. Anqola və Venesuelanın neft hasilatında isə azalma müşahidə olunub.
Agentliyin araşdırmalarına əsasən, OPEC+ anlaşması iştirakçılarının sentyabrda neft hasilatı 32,72 mln. barel/gün təşkil edib ki, bu da anlaşmada qəbul olunan maksimum səviyyədən 970 min barel/gün yuxarıdır. Başqa sözlə, anlaşmaya 97% əməl olunub.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...