Dolları ancaq müharibə dayandıra bilər - Son 3 ay…
Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artıracaq. Bu barədə FED rəhbəri Canet Yellen bildirib. Onun sözlərinə görə, zəif inflyasiya yaradan amillər bir müddət sonra aradan qalxacaq. Belə ki, inflyasiya 2% hədəfinə çatana qədər faizlərin bu səviyyədə saxlanılması düzgün olmaz. Yellen həmçinin əlavə edib ki, FED çox yavaş hərəkət etməkdən çəkinməlidir. FED-in dekabrın 12-13-də keçiriləcək növbəti iclasında uçot dərəcəsinin artırılması ehtimalı 78%-ə çatıb. Hansı ki, Klivlend iclasından əvvəl bu göstərici 73% olub. Xatırladaq ki, bir həftə əvvəl inflyasiya həddi 1,9 faiz idi. Bir neçə aydan sonra inflasiya 2 faiz həddində olarsa, uçot dərəcəsi və dolların məzənnəsi artırılacaq.
İqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, Federal Ehtiyatlar Sisteminin son iclasında açıq-aydın faizlərin artırılacağına dair mesajlar vardı:
“Hətta bir cümlə ilə qeyd olunmuşdu ki, dünya və Amerika siyasətində çox böyük fəlakətli hadisələr baş verməsə, faiz artımı mütləq baş tutacaq. Əsas hədəflərdən bir də inflyasiya hədəfi idi. Bundan əlavə Federal Ehtiyatlar Sistemi üçün içsizlik məsələsidir ki, bu məsələdə də irəliləyiş var. Amerika kimi ölkədə işsizlik həddi 5 faizə düşüb. Bu da dünyada çox yaxşı göstərici sayılır. İnflyasiya da artıq 2 faizə çatıb. Elə hədəf də 2 faiz idi. Deməli həm inflyasiya, həm də işsizliklə bağlı hədəflər demək olar ki, özünü doğruldub. Dekabr ayına kimi çox böyük təlatümlü hadisələr, müharibələr, münaqişələr baş verməsə Federal Ehtiyatlar Sistemi çox güman ki, faizi artıracaq. Faizin artırılması ilə yanaşı Federal Ehtiyatlar Sistemi həm də öz balansında olan likvidliyin daraldılması ilə də bağlı qərar verib. Oktyabrın 1-dən bu qərar işə düşüb. Hələlik ayda təxminən 20 milyardlıq dollara yaxın vəsaitin bazarlardan yığılması öngörülüb. Bu da dolların dünyada məzənnəsinə və indeksinə ciddi təsir edə bilər. Likvidlik azaldıqca, bazarlardan valyuta çəkildikcə, dolların məzənnəsinin artması ehtimalı çox yüksəkdir. Bunu nəzərə alsaq, əgər dekabr ayına qədər ciddi hadisələr baş verməsə, həmin dövrdə həm faiz artımı, həm də fedrezervin balansının daraldılması ilə bağlı qərarların olması ehtimalı yüksəkdir. Bunu nəzərə alan birjalarda son 2-3 gündə dollar indeksində yüksəlişin olduğunu görürük. Dollar indeksi son ayların ən yaxşı həftəsini yaşayır. Bu da dolların gələcəkdə daha sürətlə bahalaşma ehtimalını yüksəldən amilə çevrilib”.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 960 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 949 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 946 dəfə oxunub