Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qazprom" Azərbaycanda nümayəndəliyinin açılmasına razılıq verib

"Qazprom"un Direktorlar Şurası dövlət şirkətinin Azərbaycanda nümayəndəliyinin açılmasına razılıq verib.

Mynews.az "Interfax" agentliyinə istinadən xəbər verir ki, müvafiq qərar Direktorlar Şurasının bugünkü iclasında qəbul olunub.

"Qazprom" 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra "Şahdəniz" yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.

2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın "mavi yanacaq"la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il "AzMeCo" şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar "Qazprom" və SOCAR arasında aparılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...