Daha bir Avropa şirkəti "Şahdəniz" qazı alacaq
İtaliyanın "Edison" və İspaniyanın "Gas Natural Fenosa" şirkətləri Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın alışına dair saziş imzalayıblar.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, sazişə əsasən, ildə bir milyard kubmetr qaz alışı haqqında müqavilə "Edison"a keçir.
Sövdələşmənin ümumi dəyəri 30 milyon avro təşkil edir. Bu məbləğdən 10 milyon avro ilkin ödəniş olacaq, qalan hissə isə İtaliyaya Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə ilk tədarükdən sonra, 2021-ci ildən etibarən ödəniləcək.
Bundan başqa, razılaşmaya əsasən, "Edison" "Gas Natural Fenosa"ya məxsus "Gas Natural Vendita" şirkətini də əldə edəcək. Sövdələşmənin dəyəri 192,8 milyon avro təşkil edir.
Xatırladaq ki, 2013-cü ildə "Gas Natural Fenosa", "Shell", "Bulgargaz", DEPA , EON, "Gaz de France", "Hera", "Enel" və "Axpo" şirkətləri ilə "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində 25 il müddətinə, ildə 10 milyard kubmetr qaz alışına dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən, "Gas Natural Fenosa" 25 il ərzində bir milyard kubmetr qaz almalı idi.
Qeyd edək ki, "Şahdəniz-2" layihəsinin icrası çərçivəsində illik qaz hasilatı həcmi 9 milyarddan 25 milyard kubmetrə qədər artırılacaq.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 934 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 581 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 573 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 573 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 570 dəfə oxunub