Güzəştli mənzillərin satışı nə zaman başlayır?
Bakıda güzəştli mənzilin alınması üçün 6,5 minə yaxın şəxs qeydiyyatdan keçib.
Mynews.az Trend-ə istinadla xəbər verir ki, bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib.
Onun sözlərinə görə, mənzillərin satışı “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir: “Güzəştli mənzil almaq hüququna malik vətəndaşlar bu sistem vasitəsilə qeydiyyatdan keçir. Bu günədək 6,5 minə yaxın şəxs qeydiyyata alınıb”.
Onun sözlərinə görə, növbəti mərhələ ilk mənzillərin satışından sonra başlayacaq.
A.Quliyev bildirib: “Bu proses başlayandan sonra qeydiyyatdan keçmiş hər bir kəs müvafiq mənzil və ödəniş forması seçmək imkanına malik olacaq. Hələ ki, satışın nə vaxt başlayacağı haqqında dəqiq söz demək çətindir, amma düşünürəm ki, ilin sonuna kimi mənzillərin satışına başlaya biləcəyik”.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 959 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 930 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 920 dəfə oxunub