AZAL "Atletiko"ya niyə "Qarabağ" təyyarəsini ayırdı?
Azərbaycan Hava Yolları (AZAL) QSC İspaniyanın "Atletiko" klubuna Bakıya səfər üçün üzərində "Qarabağ" sözü yazılmış təyyarə ayırmalarının səbəbini açıqlayıb.
Mynews.az xəbər verir ki, bu barədə Report-un sorğusunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski cavablandırıb.
P.Kəsəmənski bildirib ki, çarter reysi barədə razılıq əldə olunduqdan sonra AZAL Madridə məhz “Qarabağ” adlı hava gəmisini göndərməyi qərara alıb. Səbəb isə həmin hava gəmisinin sifarişçinin bütün tələblərinə cavab verməsi olub.
"Atletiko" Bakıya "Qarabağ"la Çempionlar Liqasının III tur matçında qarşılaşmaq üçün gəlib. Ötən gün Madriddəki "Baraxas" Hava Limanından səmaya qalxan təyyarə 6,5 saatlıq uçuşdan sonra saat 22:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. "Airbus A340 500" markalı hava gəmisi 237 nəfərlikdir. Burada oyunçular üçün uzun səfər boyunca əlverişli biznes-zona, istirahət imkanı var. Təyyarə saatda 890 km sürətə və 15742 metr hündürlükdə uçuş imkanına malikdir. Hava gəmisinin ön hissəsində isə Azərbaycanın üçrəngli bayrağının altında "Qarabağ" sözü yazılıb.
Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 921 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 903 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 594 dəfə oxunub