Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SOCAR Ukraynada qaz satışına başladı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Ukraine" Ticarət Evi Ukraynanın daxili bazarında təbii qazın satışına başlayıb.

Mynews.az -ın Report-a istinadən məlumatına görə, 2016-cı il dekabrın 30-da "SOCAR Ukraine" 131 mln. kubmetrə qədər qazın alışı ilə bağlı "Eru Trading" şirkəti ilə saziş imzalayıb.

Buna qədər isə ötən il fevralın 14-də şirkət "Ukrtransgaz" şirkəti ilə 2017-ci ilin yanvarından dekabrına kimi 180 mln. kubmetr təbii qazın nəqli ilə bağlı müqavilə imzlayıb.

Hazırda "SOCAR Ukraine" Ticarət Evi "Ukrzaliznitsa" şirkətinə 36,6 mln. kubmetr qazın tədarükü ilə bağlı tenderdə iştirak edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...