Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda bu meyvə 2 dəfə bahalaşdı

2,5 manata satılan sitrus meyvəsinin kiloqramı hazırda 4 manat 50 qəpiyədir

Bakıda portağalın qiyməti 50%-dən çox qalxıb. Bir müddət əvvəl 2,5 manata satılan sitrus meyvəsinin kiloqramı hazırda 4 manat 50 qəpiyədir.

Bazarda olan bu qiymətləri mövsümi hal adlandıranlar da var. Belə ki, yay aylarında digər meyvələr bol olduğundan, sirtus meyvələri az miqdarda idxal edlir və bu da qiymətə təsir edir. Digər mütəxəssislər isə portağalın əsasən idxal edildiyi Misir, Mərakeş və Türkiyədə məhsul qıtlığını, oranın özündə də qiymətlərin qalxdığını bildirirlər.

Əməkdaşımızın məlumatına görə, hazırda bu ölkələrdə portağalın 1 kiloqramının qiyməti 0,5 dollarla 1 dollar arasında dəyişir. Yəni bütün xərclər nəzərə alınmaqla, Bakıda portağal 2,5 manatdan baha ola bilməz.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hseynov isə qeyd edib ki, Azərbaycanda istehlak bazarında hal-hazırda qiymət xaosu hökm sürür və kim hansı malı hansı qiymətə satmaq istəyirsə, o qiymətə də satır. Mütəxəssisin fikrincə, burada inhisarçılıq da öz sözünü deyir – bazara başqa iştirakçılar buraxılmır.

Qarşıdan Yeni il gəlir və ənənəvi olaraq, azərbaycanlıların süfrəsində portağal, naringi və digər sitrus meyvələri olacaq. Ümid edək ki, qiymətlər aşağı enəcək və bu ənənə pozulmayacaq./haqqin.az

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...