Əhaliyə qarşı fırıldaq - Əslində, tələb olunan ödəniş dövlət rüsumu deyilmiş
Mənzilinə sayğac quraşdırmaq istəyən vətəndaşlar diqqətli olsunlar.
Ölkə əhalisinin sayının artması mənzillərə olan tələbatı da artırır. Bu səbəbdən, hər il paytaxt və regionlarda yüzlərlə yeni ev tikilir. Yeni tikilən evlərdə yaşamaq üçün isə, təmirlə yanaşı işıq, qaz və suyun da olması mütləqdir.
Amma vacib olmasına baxmayaraq, yeni yaşayış binalarına və fərdi evlərə qaz xətlərinin çəkilməsi, sayğacların quraşdırılması müşkül məsələyə çevrilib. Sabunçu rayon, Zabrat qəsəbə sakini Naibə Quliyevanın Sputnik Azərbaycan-ın redaksiyasına ünvanladığı şikayət məktubu da bununla bağlıdır.
O bildirib ki, evinə qaz sayğacı qoydurmaq istəyir, “Azəriqaz” işçiləri isə ondan 200 manat pul istəyiblər. Şirkət əməkdaşları bu vəsaitin sayğacın dövlət rüsumu olduğunu bildiriblər. Bundan əlavə, Naibə Quliyeva 160 manat da xidmət haqqı ödəməlidir ki, “Azəriqaz”-ın işçilər gəlib sayğacı quraşdırsınlar. Şikayətçi, bir sayğacın quraşdırılması üçün 360 manat tələb olunmasının nə dərəcədə qanuni olduğunu soruşur.
“Azəriqaz”-ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Sputnik Azərbaycan-a bildirib ki, vətəndaş “Asan Xidmət” mərkəzlərinə və ya “Asan Kommunal” xidmətlərinə müraciət etməlidir: “Paytaxtda iki yerdə – Akademik Həsən Əliyev küçəsində və Dəmir Yolu Vağzalının inzibati binasında yerləşən “Asan Kommunal” mərkəzləri, regionlarda isə “Asan Xidmət” mərkəzləri yerləşir və vətəndaşların belə problemlərini bu idarələrin işçiləri həll edirlər. Vətəndaş bu sahədə ixtisaslaşmış və müqaviləsi olan podratçı şirkət ilə müqavilə bağlayır”.
“Qazlaşdırma işləri “Azəriqaz” yox, podratçı şirkət tərəfindən həyata keçirilir. Şirkət işçiləri tərəfindən məkana baxış keçirilir, hansı qaz mənbəyindən istifadə edilərək mənzilə xətt çəkiləcəyi dəqiqləşdirilir. Vətəndaş şərtlərlə və şirkətin tələb etdiyi vəsaitlə razılaşarsa, şirkət ilə vətəndaş arasında müqavilə imzalanır və qazlaşdırma işləri aparılır” – deyə qurum rəsmisi qeyd edib.
İ. Kərbəlayev əlavə edib ki, fərdi yaşayış evlərində qazdan istifadə üçün “BK-G4T” markalı qaz sayğacları birmənalı olaraq “Azəriqaz” İstehsalat Birliyinin vəsaiti hesabına təmin olunur: “Əminliklə deyə bilərəm ki, vətəndaş sayğac üçün pul ödəməməlidir. Amma podratçı şirkət ilə vətəndaş arasında olan müqaviləyə əsasən, şirkət tərəfindən texniki icra layihəsi metosənədlərinin hazırlanması və qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması üçün müəyyən vəsait ödəyir. Bu məbləğ də, qaz xəttinin çəkilmə məsafəsinə görə dəyişir”.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 989 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 964 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 953 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 952 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 949 dəfə oxunub