Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gələn ilin büdcəsində neftin ixrac qiyməti bəlli oldu

Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə dünya bazarında neftin 1 barelinin orta qiyməti 50 dollar təşkil edəcək.

Mynews.az xəbər verir ki, bu barədə İqtisadi İnkişaf Nazirliyinin hazırladığı 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.

Bildirilir ki, növbəti il üçün beynəlxalq təşkilatlar tərəfindən neftin bir barelinin 50 dollar ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq, 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib.

O da məlum olur ki,  2018-ci ildə "qara qızıl"ın orta qiyməti 45 dollar olduğu halda, 2019, 2020 və 2021-ci illərdə isə bu rəqəm 40 dollar olacaq. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...