Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Asiyalı milyarderlərin sayı amerikalıları ötdü

PwC və UBS-nin hesabatına əsasən, dünya milyarderləri klubunda asiyalıların sayı ilk dəfə amerikaları ötüb. 

Mynews.az xəbər verir ki, asiyalı iş adamlarının sayəsində dünya milyarderlərinin sərvəti 17 faiz artaraq, 6 trilyon dollar təşkil edib. Milyarderlərin sərvətlərinin həcminə görə, lider yenə də ABŞ-dır. Bu ölkədə iş adamlarının toplam sərvəti 2,8 trilyon dollardır.

Qeyd edək ki, milyarderlər klubunda iştirak edən hər 4 dörd iş adamından 3-ü Çin və ya Hindistan vətəndaşıdır.  Belə ki, ABŞ-da 563 nəfər milyarder var. Onlardan 25-i siyahıya yeni əlavə olunub. Asiyada isə 637 nəfər milyarder mövcuddur. 117 nəfər siyahıya yeni daxil edilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...