Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan startapçıları Gürcüstanda

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ilk Texnologiyalar Parkında "Georgian-Azerbaijan Startup Forum"u keçirilir. Tədbirdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının nümayəndələri və startapçıları iştirak edir. 

Forum çərçivəsində Gürcüstan və Azərbaycan respublikaları arasında innovasiyalar, startaplar və informasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulması ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Həmçinin startaplara dəstək, biznes-inkubatorlar və akseleratorlar proqramları ilə bağlı fikir mübadiləsi aparılıb. 

Tərəflər Azərbaycan və Gürcüstan startapçılarının iki ölkənin bazarına çıxmaları sahəsində qarşılıqlı əməkdaşlığın genişlənməsini müzakirə edib.

Nazirliyin dəstəyilə keçirilən tədbirdə Azərbaycan startapçıları aşağıdakı layihələri təqdim edib;

- “Omarov's Game Studio” - layihənin nümayəndələri Bakir Omarov və Mia Əliyeva
- “Spinal” - Arif Mövsümzadə
- “BuilDay” - Sadıx Hüseynov
- “Healthy Living Support Platform" - Şahlar Paşayev
- “VeloKuryer” - Tofiq Hidayətzadə
- “MyExcelWorld” - Aydın Əliyev
-“Trainer for Accountants” - Elnur Osmanov
- “My Baku Guide” - Murad Axundov
- “İRS Cizgi” - Anar Əkbərli

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...