Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gediş haqqı tarifləri aşağı salınır

Aprelin 1-dən 38/37 №-li Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq.

Mynews.az xəbər verir ki, bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, İsveçrə frankının Azərbaycan manatına qarşı bu günə olan məzənnəsinə uyğun olaraq, Bakıdan Tbilisiyə kimi gediş haqqı, yataq dəstinin istifadəsi və komisiyon yığım daxil olmaqla, plaskart vaqonda – 30,16 AZN, kupe vaqonda – 44,50 AZN və SV vaqonda - 83,77 AZN təşkil edirsə, gediş haqqları aşağı salındıqdan sonra bu günə olan məzənnə ilə gediş haqqı plaskart vaqonda – 24,54 AZN, kupe vaqonda –35,32 AZN və SV vaqonda -58.43 AZN təşkil edəcək.

Qeyd edək ki, İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da uyğun olaraq dəyişdiriləcəkdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...