Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mərkəzi Bankın valyuta ehtiyatları 370 mln. dollar azalacaq - PROQNOZ

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) 2017-2018-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.

Mynews.az APA-ya istinadən xəbər verir ki, proqnoza əsasən, 2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 4,8 mlrd. dollar təşkil edəcək. Beləliklə, bu il AMB-nin valyuta ehtiyatları 20% artacaq. 2016-cı ilin sonuna tənzimləyicinin balansında olan ehtiyatlarının həcmi təxminən 4 mlrd. dollar olub.

IMF 2018-ci ildə ehtiyatların 5,7 mlrd. dollaradək artacağını proqnozlaşdırır ki, bu da 2017-ci illə müqayisədə 18,8% artım deməkdir.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 1-nə AMB-nin valyuta ehtiyatlarının həcmi 5 mlrd. 167,5 mln. dollar təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 30% çoxdur.

Proqnozdan belə məlum olur ki, ilin sonunadək AMB-nin ehtiyatları 367,5 mln. dollar azalacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...