Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya 52,5 ton meyvə-tərəvəzi Azərbaycana qaytardı

Azərbaycandan Rusiyaya tədarük olunan 52,5 ton kənd təsərrüfatı məhsulu Dağıstanın "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində saxlanılıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, məhsulun saxlanılmasına səbəb saxta fitosanitar sertifikatların mövcudluğudur.

Saxlanılan məhsullar arasında 16,780 min kq nar, 18,025 min kq pomidor və 17,750 min kq xiyar var.

Saxlanılan meyvə-tərəvəz Azərbaycana qaytarılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...