Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İnkişaf etməkdə olan ölkələr üçün əsas risk amilləri açıqlandı

Dünya neft bazarında qiymət volatilliyi, qlobal proteksionizm və geosiyasi gərginlik 2018-ci ildə inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafı üçün əsas risk amilləri olacaq.

Mynews.az xəbər verir ki, bu barədə "Report" "RİA Novosti" agentliyinə istinadən məlumat yayıb. 

Beynəlxalq Valyuta Fondunun (IMF) Avropa Departamentinin müdir müavini Yorq Dekressen (Jorg Decressen) bildirib ki, inkişaf etməkdə olan Avropa ölkələrinin maliyyə bazarlarında hazırda risk premiyası çox aşağıdır: "Buna görə də gələcəkdə bu bazarlarda volatillik arta bilər. Nəticədə bu ölkələrdən kapital axını güclənə, bu isə, öz növbəsində, iqtisadi artıma mənfi təsir göstərə bilər".

Avrozona iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayan IMF nümayəndəsi əlavə edib ki, 2017-ci ildə bölgədə iqtisadi artım 2,4%, 2018-ci ildə 2,1%, 2019-cu ildə isə 1,9% təşkil edəcək. Xatırladaq ki, IMF-in əvvəlki proqnozlarında iqtisadi artım göstəriciləri 2017-2019-cu illər üçün illik 1,9% təşkil edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...