Qaçqın və məcburi köçkünlərin sosial təminatı artırılacaq
Azərbaycan 2018-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial təminatı ilə bağlı xərcləri təqribən 50 faiz artıracaq.
Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
A.Bayramov bildirib ki, gələn il qaçqınların və məcburi köçkünlərin sosial təminatına 487 milyon manat ayırmaq planlaşdırılır: "Bu, 2017-ci illə müqayisədə 161 milyon manat və ya 49,5 faiz çoxdur".
Onun sözlərinə görə, bu vəsait, o cümlədən həmin kateqoriyadan olan vətəndaşların sosial ödənişlərinə, həmçinin qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisinə ayrılacaq./trend/
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 964 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 926 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 917 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 916 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 913 dəfə oxunub