Azərbaycanda 98 markalı benzinin satışı dayandırıldı - SƏBƏB - VİDEO
Yanacaqdoldurma məntəqələrində “Aİ-98” super markalı benzinin satışı dayandırılıb.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu markalı benzini ölkəyə gətirən və satan “SOCAR Petrolium” şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirir ki, yanacağın satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə qiymətlərin bahalaşmasıdır.
Şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə Aİ-98 super markalı benzinin gətirilməsi hələ ki, dayandırılıb.
Şirkət rəsmisinin sözlərinə əsasən, yanacağın ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər “Aİ 95” kimi tanınan “Premium” markalı benzindən istifadə edə bilərlər.
Onun sözlərinə görə, “Aİ-98 super” markalı benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində artım olmayacaq.
Qeyd edək ki, “Aİ-98 super” markalı benzin Azərbaycanda istehsal olunmur. Bu markalı benzin ölkəmizə Bolqarıstan, Belarus və Rumıniyadan idxal edilir.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 969 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 934 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 925 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 924 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 922 dəfə oxunub