Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Neftin qiyməti üzrə proqnozlar azaldıldı

Beynəlxalq Energetika Agentliyi (IEA) 2025-ci il üçün neft qiyməti ilə bağlı proqnozunu 18% azaldaraq, 83 dollar/barel, 2040-cı il üçün isə 11% azaldaraq, 111 dollar/barelə endirib. 

Mynews.az xəbər verir ki, bu barədə Report.az  "RİA "Novosti" agentliyinə istinadən məlumat yayıb. 

IEA-nın "World Energy Outlook-2017" hesabatında qeyd olunub ki, neft ölkələrinin planları və açıqlamaları nəzərə alınmaqla, qiymətlərdə ən çox azalma məhz 2025-ci ilə qədər baş verəcək.

Daha sonra 2040-cı ilə qədər qiymətlər nisbətən sürətlə artacaq", -  hesabatda bildirilir.
Agentlik qeyd edib ki, proqnozlarda dəyişikliklər əsasən 3 amillə izah olunur.

Bunlardan birincisi ABŞ-da şist neft və qaz kondensatı ehtiyatları ilə bağlı proqnozunu 80 mlrd. bareldən 105 mlrd. barelə qədər artırılması, ikincisi tədricən hasilat xərclərinin maya dəyərinin azalması və nəticədə təklif olunacaq neftin qiymətinin aşağı salınması, üçüncüsü isə hasilat layihələrinin başa çatma müddətinin azalması fonunda qısamüddətli investisiyaların artmasıdır. Bu, şirkətlərə neftə tələbat artdıqda bazarı qısa zamanda zəruri neftlə təmin etməsinə imkan verəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...