Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vüqar Bayramov: Enerji bazarında mövcud şərtlər daxilində ciddi qiymət artımları gözlənilmir

Dünya birjalarında neft ucuzlaşır. WTI neftinin qiyməti 1 barelə görə 0,66 dollar və ya 1,18% azalaraq, 55,04 dollar təşkil edib. Brent markalı neftin 1 barelinin dəyəri isə 0,84 dollar və ya 1,35% azalaraq, 61,37 dollar olub.

Mynews.az-ın məlumatına görə, ötən həftə neft bazarında müşahidə edilən artımdan sonra  qiymətlərin azalmasını şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, bu, gözlənilən idi: "Brent markalı neftin hər bareli son 2 gün 3 faizə yaxın ucuzlaşaraq, 61.3 dollaradək azalıb. Qiymət azalmalarının əsas səbəbi ABŞ-da neft quyularının sayının artması və eləcə də, Beynəlxalq Enerji Akademiyasının gələn il üçün neftə olan illik tələb proqnozunu gündəlik 190 min barel azaltması ilə bağlı açıqlamasıdır.

Eyni zamanda, Liviya və Nigeriya neft hasilatının əvvəlki səviyyəsi bərpa olunmaqdadır və İraq neft nəqlini tam bərpa etməyə çalışır. Bununla yanaşı, Meksika da hasilatın artırılması üçün platformalarda yenidənqurma işlərini tamamlayıb".

Ekspert qeyd edib: "Digər tərəfdən, Çin şist neft hasilatına 90 milyard dollar sərmayə yönəltmək niyyətindədir. Bu isə qlobal bazarda yeni və daha aşağı qiymət tarazlığına gətirib çıxara bilər".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...