Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hərracda tələb təklifi 3,01 dəfə üstələyib

Bu gün Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.

Mynews.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 903,10 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 3,01 dəfə üstələyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...