Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Taksi xidmətləri bahalaşacaq?

Banklar dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisi tətbiq edəcək.

Mynews.az-ın məlumatına görə, yeni qərarı Oxu.Az-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, kartla ödəniş zamanı 18% əlavə dəyər vergisinin tətbiqi ilə bağlı xarici taksi şirkətləri əvvəlcədən xəbərdar edilməli idilər: “Şirkətlərin fəaliyyətlərini qaydalara uyğunlaşdırması prosesi gecikə bilər. Hətta onlardan bəzilərinin bazarı tərk etməsi istisna deyil. Bu da yaxşı hal hesab olunmur. Daha keyfiyyətli, ucuz xidmətin göstərilməsi üçün rəqabətli mühit lazımdır”.

Ekspert deyir ki, şirkətlər insanlara həm də əlavə qazanc mənbəyi yaratmışdı: “Qaydaların tətbiqindən sonra şirkətlər bazarı tərk edərsə, bu işsizliyə də təsir edəcək. Başqa tərəfdən taksi xidmətləri azsaylı sektorlardandır ki, burada rəqabət var. Nəticədə  son illər taksi xidmətlərinin keyfiyyəti və qiymətləri insanları qane edir. Ölkədə iki devalvasiyanın baş verməsinə, benzinin bahalaşmasına baxmayaraq, taksi xidmətlərinin qiymətlərində artım baş verməyib. Əksinə, son aylarda ucuz xidmət göstərən şirkətlər bazara daxil olub. Qərardan  sonra şirkətlər bazarı tərk edərsə, rəqabətli mühit zəifləyəcək. Bu da qiymətlərin artımına səbəb ola bilər. Hətta tərk etməsələr belə, ƏDV-yə cəlb olunduqları təqdirdə qiymətləri bahalaşdıracaqlar.  Vergi rüsumlarının artımı, adətən, şirkətlərin deyil, vətəndaşın cibindən çıxır". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...