Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Uber" və "Taxify" nağd ödəniş sisteminə keçir

Məlumdur ki, dekabrın 1-dən "Uber" və "Taxify" müştəriləri üçün taksi xidməti nağdsız hesablaşmalar zamanı 18% bahalaşıb. 

Bu, nağdsız hesablaşmadan istifadə edən taksi müştərilərinə 18% həcmində ƏDV-nin tətbiqi ilə əlaqədardır.

"Uber" çıxış yolu kimi nağd ödəniş imkanını aktivləşdirib.

Mynews.az Marja-ya istinadən xəbər verir ki, sərnişinlərin "Uber"in partnyorlarına (taksi sürücülərinə) səfər üçün birbaşa nağd ödəniş etmək seçimləri var. Sürücü nağd ödənişli səfərlər üçün səfərin sonunda gediş haqqını almaq və düzgün qalıq məbləğini qaytarmaq öhdəliyi daşıyır.

Məlumata görə, "Uber" və "Taxify" müştərilərini nağd hesablaşmaya təhrik edirlər. Sərnişin götürülən zaman ondan səfərin gediş haqqını nağd ödəyib-ödəməyəcəyi soruşulur.

"Uber" ötən ilin yayında da bəyan etmişdi ki, Bakıda yeni nağd ödəniş sistemini istifadəyə verib.
"İstifadəçilər ödəniş növünü seçmək, sürücülər isə gündəlik xərcləri üçün müəyyən məbləğdə nağd vəsait arzusundadırlar. Beləliklə, nağd hesablaşmanın tətbiqinə görə Bakı sayca ilk paytaxt və Yekaterinburqdan sonra ikinci şəhər oldu.

Artıq test rejimində fəaliyyət göstərən “nağd ödəniş” opsiyası adi kart ödənişi ilə paralel əlçatan olacaq. Nağd ödəniş həyata keçirmək üçün istifadəçi tətbiq vasitəsilə avtomobili sifariş etdiyi zaman arzuladığı ödəniş növünü seçməlidir", - şirkətin açıqlamasında deyilirdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...