Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya və MDB ölkələrinə pul köçürmə tarifləri dəyişdi

Azərbaycandan Rusiya və MDB ölkələrinə pul köçürmə tarifləri dəyişib.

Mynews.az xəbər verir ki, bu haqda banklardan Fed.az-a məlumat verilib.

Qeyd edilib ki, dəyişikliklər "Western Union" sistemində baş verib. İndiyədək Rusiyaya pul transferləri zamanı 200 ABŞ dollarına qədər məbləğlərdə 3%, 200-2000 dollar məbləğdə 2%, 2000-3000 dollarda 1,5%, 3000 dollardan artıq pul transferində isə 1,2% komissiya haqqı tutulurdu.

Hazırda isə sözügedən sistemlə 200 dollara qədər 2%, 200 dollardan çox pul transferində isə 0.9% komissiya haqqı tələb olunur. Dəyişiklik dekabrdan qüvvəyə minib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...