Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölkədə kreditlər bahalaşıb

Cari ilin noyabr ayının 1-nə banklara manatla yerləşdirilən əmanətlərin faiz dərəcəsi 10,33 faiz təşkil edib.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, xarici valyuta ilə əmanətlər üzrə faiz dərəcəsi 3.33 faiz təşkil edib. 

İlin əvvəlindən manatla əmanətlər üzrə faiz dərəcəsi yüksəlib. Belə ki, manatla əmanətlər üzrə orta faiz dərəcəsi ilin əvvəlində 6.50 faiz, xarici valyuta ilə 4,66 faiz olub. 

Kreditlərə gəlincə, fiziki şəxslərə manatla təqdim edilən kreditlər üzrə orta faiz dərəcəsi 16.30 faiz təşkil edib. Xarici valyutada kreditlərdə bu rəqəm 17.34 faiz olub. 

Qeyd edək ki, ilin əvvəlində fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 15.71 faiz, xarici valyuta üzrə 16.04 faiz olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...