Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bank sektorunun cəmi aktivləri azalıb

Azərbaycan bank sektorunun cəmi aktivləri 2017-ci il noyabrın 1-nə 26 311,6 mln. manat təşkil edib.

Mynews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 16,3% azdır.

Oktyabrda bankların faiz gəlirləri 1 mlrd. 582,3 mln. manat, faiz xərcləri isə 740,8 mln. manat olub. Banklar oktyabrda kreditlər üzrə faizlərdən 1 mlrd. 168,5 mln. manat qazanıblar. 

Bankların aktivlərinin 38,2%-ni və yaxud 10 056,5 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 10 ayda sektorun kredit portfeli 29,4% kiçilib.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 21,4% azalaraq 23 216,6 mln. manata, o cümlədən depozit portfeli 4,7% azalaraq 15 640,4 mln. manata düşüb. Bunun 7 250,2 mln. manatı fiziki şəxslərin, 8 390,2 mln. manatı isə hüquqi şəxslərin depozitləri olub.

İlin əvvəlindən bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 66,6% azalaraq 566,6 mln. manata düşüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...