Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Xəzər Dəniz Gəmiçiliyi" və “Azəriqaz” İstehsalat Birliyinə qarşı məhkəmə iddiası qaldırıldı

2017-ci ilin I yarısı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 742 sığortaedən üzrə 22,89 mln. manat və ya ilin əvvəlinə olan borcun 7,1%-i qədər borcun ödənişinin təmin edilməsi üçün məhkəmə orqanlarına iddia ərizələri göndərilib.

Mynews.az Hesablama Palatasına istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövründə həmin göstəricilər, müvafiq olaraq, 2333 sığortaedən, 12,21 mln. manat və 3,8% təşkil edib. 

Göründüyü kimi, keçən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə az sayda sığortaedənə qarşı məhkəmə iddiası qaldırılsa da, iddia qaldırılmış borc məbləği əvvəki illə müqayisədə 10,68 mln. manat və ya 87,5% çoxdur. Cari ilin 6 ayı ərzində böyük məbləğdə borcu olan sığortaedənlərə qarşı iddia qaldırılıb.

İddiaların 4-ü iri sığortaedənlərə qarşı (o cümlədən, 1 iddia “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə qarşı, 3 iddia “Azəriqaz” İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara qarşı, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata qarşı, 228-i digər hüquqi şəxslərə qarşı, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb. 

Qaldırılmış iddia ərizələrindən 10,87 mln. manat məbləği əhatə edən 450 ərizəyə məhkəmə orqanlarında baxılıb. Əvvəlki dövrlərdə qaldırılmış iddialar da daxil olmaqla, 3,3 mln. manat məbləğində və ya qaldırılmış iddia məbləğinin 14,4%-i qədər iddia məbləği təmin edilib. 7,51 mln. manat məbləğində 7 iddia ərizəsi rədd edilib. Təmin olunan iddia ərizələri üzrə 0,11 mln. manat (23,4%) vəsaitin ödənişi həyata keçirilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...